Ermənilərin törətdiyi Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir - RƏY

"1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan, insanlığa sığmayan vəhşiliklə müşahidə olunan Xocalı soyqırımı törədildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə şaxtalı gecədə Xocalı şəhərinə hücum etdi və dinc, əliyalın, günahsız əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu".
Xəbərlər yüklənir...








