Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, xüsusilə, pensiyalar, əlillik təqaüdləri, işsizlik sığortası, sağlamlıq xidmətləri və sosial xidmətlər sahələrindəki layihələrin artırılması hökumətin sosial bərabərliyi təmin etməkdəki iradəsini göstərir:
“2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində əhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin və pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılması prioritet olaraq qalır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən sosial yardımlar və proqramlar bu qruplara daha geniş imkanlar yaratmaq məqsədini daşıyır. DSMF büdcəsi 2025-ci ildə ölkəmizdə sosial siyasətin uğurla davam etdirilməsinə imkan verəcəkdir. Həm də qeyd etmək istəyirəm ki, ölkəmiz müstəqillik illərinin əvvəlində erməni işğalı ilə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin daha böyük rəqəmlərlə ifadə olunduğunu görərdik”.
Deputat söyləyib ki, torpaqlarımız işğal altında olduğu illərdə dövlət büdcəsi vəsaitlərinin böyük hissəsi məcburi köçkün və qaçqınların sosial vəziyyətinin yaxşılaşdılmasına yönəldilib: “Çadır şəhərciklərin ləğv olunması və keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin və şəhərciklərin tikilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, sosial dəstək proqaramlarına, şəhid ailələri və Qarabağ müharibəsinin iştirakçılarına dəstək proqramlarına, ordunun gücləndirlməsinə yüz milyardlarla manat vəsait sərf olunmuşdur. O cümlədən torpaqlarımız işğaldan azad olunduğu 4 ildə 2025-ci il də daxil olmaqla 23 milyard manat vəsait sərf olunaraq 100 yaşayış məntəqəsinin yenidən qurulub bərpası proqramı icra olunur”.
“Ermənistanın yerlə yeksan etdiyi 300-dən çox yaşayış məntəqəsini yenidən quraraq keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmalıyıq. Təbii ki, bu layihələrin icrasına əlavə olaraq 10 milyardlarla vəsait sərf olunacaqdır. Əgər ölkəmiz belə problemlərlə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha böyük rəqəmlərlə ifadə olunardı və vətəndaşlarımızın sosial təminatı daha çox yüksələrdi. Halbuki, bu problemləri bizə yaşadan 90-cı illərin əvvəlində hakimiyyətdə olmuş AXC-nin bacarıqsızlığı olmuşdur və xalqımız onun yükünü bu gün də daşımağa məcburdur. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi altında meydana gəlmiş iqtisadi güc tarixin bizə miras qoyduğu çətinlikləri aradan qaldırmağımıza, suverənliyimizi təmin etməyimizə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yol açır”, - deputat əlavə edib.
A.Badamov vurğulayıb ki, Azərbaycan dövləti sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün layiqli həyat şəraiti təmin edir: “Həm də hər il sosial proqramların əhatə dairəsi genişlənir. Belə ki, 2025 ci ildə icrası nəzərədə tutulan . Bu, Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının sosial rifahı dayandığının göstəricisidir”.