Erməni hərbi ekspert Qor Amatuni Ermənistanda "Vaqner" özəl hərbi şirkətinin silahlılarını şəxsən gördüyünü bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə özünün YouTube kanalında məlumat verib. Amatuni onları Gorusda gördüyünü qeyd edib: 

"Bu yaxınlarda Gorusa getmişdim. Orada "Vaqner" qrupundan bir neçə nəfər var idi. Onların komandiri erməni əsilli Rusiya vətəndaşı idi. Orada "Vaqner"ə aid olan başqa ermənilər də var idi. Sonra biz onları Gorusun müxtəlif yerlərində gördük. "Vaqner"çilər doğrudan da Ermənistana gəliblər və toplaşırlar. Onların niyə gəldiyini hamımız bilirik. Ermənistanın Milli Təhlükəsizlik Xidməti, ordusu və polisi çox diqqətli olmalıdır. Ümumiyyətlə, Ermənistana arzuolunmaz şəxslərin buraxılmasına ehtiyac yoxdur. Gəlin silahlanaq, diqqətli olaq və hər şeyə hazır olaq”, - ekspert bildirib.