İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holan sevdiyi peşəni açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, futbolçu bu haqda "Sky Sport" kanalına danışıb.

"Futbolçu olmasaydın hansı peşəni seçərdin?" sualına futbolçu "Çilingər ya da fermer" cavabını verib.

Norveçli futbolçu "Komandada ən yaxşı dostun kimdir?" sualına isə  " Cek Qrealiş" deyərək cavablayıb.