ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda bildirib.

Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub.