Ərəb Dövlətləri Liqası sülh prosesinin bərpasının və Fələstin ilə İsrail arasında danışıqların başlanmasının tərəfdarıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərəb Liqası Şurasının Qahirədə keçirilən xarici işlər nazirləri səviyyəsində fövqəladə sessiyasının yekun bəyanatında deyilir.

"Biz sülh prosesinin bərpa olunmasının və Fələstin Muxtariyyəti ilə İsrail arasında ciddi danışıqların başlamasının vacibliyini vurğulayırıq", - bəyanatda qeyd edilib.