Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti postuna namizədliyi irəli sürülüb.

İqtisadiyyat.az bildirir ki, Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Müraciətləri qəbul olunan namizədlərin adı bu gün yerli vaxtla saat 20:00-da elan olunacaq.

Qeyd edək ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 mayda keçiriləcək.