İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.

Məlumata görə, Əhməd Əş-Şaara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşüb.

Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.

***18:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Paytaxt Ankarada keçiriləcək görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əş-Şaara birgə mətbuat konfransında çıxış edəcəklər.