Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən X Zirvə Görüşündə bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirəcək:

“Dil bizim birliyimiz üçün çox vacibdir. Bu məsələdə prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız öz tövsiyələrini təşkilatın katibliyinə verdi. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”.

 

Gözəl Həşimova