“Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında yaxın vaxtlarda görüş keçiriləcək. Lakin yer və vaxt hələ müəyyən edilməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rəsmi Kremldən açıqlama verilib.

Açıqlamada bildirilib ki, görüşün harada və nə vaxt keçiriləcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Rusiya prezidenti Putin mayın 28-də keçirilən prezident seçkilərində qalib gələn prezident Ərdoğana zəng edərək təbrik edib.