Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Liderlər Rusiyanın Dağıstanda törədilən terror aktlarını müzakirə ediblər. Ərdoğan Dağıstandakı terror aktı ilə bağlı Rusiya liderinə başsağlığı verib.

Eyni zamanda Ərdoğan bildirib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək.

 

Gözəl Həşimova