Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə telefon danışığı aparıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Mitsotakisi ümumi seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edib.

Məlumata görə, Ərdoğan təbrikin ardından yeni dövrün Türkiyə-Yunanıstan münasibətlərinə xeyirli olmasını arzulayıb.

Görüş zamanı bildirilib ki, hər iki ölkədə öz xalqlarının inamını yenidən qazanmış güclü hökumətlər ikitərəfli münasibətlərin gələcəyi üçün bir fürsətdir.