Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristerssonla telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.

Məlumata görə, görüşdə İsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal problemlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin NATO-ya üzvlüyündən sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Ərdoğan iki ölkənin Təhlükəsizlik Əməkdaşlıq Mexanizmini işə salması lazım olduğunu və İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.