İqtisadiyyat.az xəbər verir ki, liderlər ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə ABŞ-nin müttəfiq ölkələr kimi əməkdaşlığını gücləndirəcəyinə inandığını bildirib.

O, həmçinin ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətindəki səylərini dəstəklədiyini və Türkiyənin ədalətli sülh üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Danışıqlarda Suriyadakı vəziyyət də əsas mövzulardan biri olub. Ərdoğan bölgədə sabitliyin bərpası, sanksiyaların ləğvi və qaçqınların geri qayıdışı üçün birgə addımların vacibliyini qeyd edib.