İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd olunub ki, telefon danışığı zamanı İsrail-İran münaqişəsi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə İran və İsrail arasındakı gərginliyi yaxından izləyir və nüvə proqramı üzrə davam edən danışıqları mübahisənin həllinin yeganə yolu kimi görür.