Ərdoğan Serbiya Prezidenti Vuçiç və Kosovo Baş naziri Kurti ilə telefon danışığı aparıb

İqtisadiyyat.az xəbər verir ki, Serbiya Prezidenti Vuçiç və Kosovo Baş naziri Kurti prezident Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu görüşlərdə prezident Ərdoğan Kosovonun şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.