Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyan ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, prezidentlər arasında görüş ABŞ-nin Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

Görüş zamanı dövlət başçılarını hər iki ölkənin XİN rəhbəri və digər rəsmilər müşayiət edib.