Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbasla Qəzzadakı son vəziyyəti müzakirə edib.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, prezident Ərdoğan 7 aylıq fasilədən sonra Beştəpədə Mahmud Abbası qəbul edib.

Qeyd edilib ki, Ankaranın prioriteti İsrailin Qəzzada törətdiyi qırğınları ən qısa zamanda dayandırmaqdır. Ramazan ayı başlamazdan əvvəl bu məqsədə çatmaq üçün intensiv diplomatiya trafiki həyata keçirilir.

Həm Fələstin administrasiyası, həm HƏMAS və digər ölkələrlə müxtəlif səviyyələrdə təmaslar davam edir. Bu çərçivədə Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyəyə mühüm səfər edib.

Ərdoğan və Mahmud Abbas arasındakı görüşündə Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımların müzakirə ediləcəyi gözlənilir.