Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstanın paytaxtı Budapeştə səfər edəcəyi gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bir günlük səfər çərçivəsində Türkiyə liderinin Macarıstanın baş naziri Viktor Orban ilə görüşü planlaşdırılıb.

Macarıstanın Milli Günü münasibətilə keçiriləcək mərasimdə prezident Ərdoğanın da iştirakı gözlənilir.

Qeyd edək ki, dekabrın 18-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi qeyd olunacaq.