Mart ayında 11 vilayətdə 200 min evin tikintisi üçün ilk addımı atacağıq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda jurnalistlərə açıqlamasında deyib.

“Zəlzələ zonasında bərpa olunacaq yaşayış məntəqələrində strukturların elmilik, sürət və möhkəmlik prinsiplərində heç vaxt güzəştə getməyəcəyik”,- deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə səfər edib.