Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər görmüş Hatay vilayətinə gedib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğanla birlikdə MHP sədri Dövlət Bahçeli də Hataya səfər edib. 

Ərdoğanın həmçinin Kahramanmaraşa gedəcəyi qeyd edilir.

Qeyd edək ki, Türkiyədə zəlzələ fevralın 6-da Kahramanmaraşda baş verib.