Türkiyə lideri R.T. Ərdoğan 248 saat sonra dağıntılar altından çıxarılan Aleyna Ölməzə baş çəkib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Ərdoğan qızın səhhəti ilə maraqlanıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Aleyna Ölməzlə telefonla danışmış və ona baş çəkəcəyini demişdi.