Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri V. Putin və Ukrayna prezidenti V. Zelenskini bir araya gətirmək niyyətindədir.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan deyib. O bildirib ki, sözügedən görüş aprel ayında İstanbul şəhərində baş tuta bilər.

Çağrı Erhanın sözlərinə görə, Ərdoğan hazırda ABŞ və Britaniyanın təzyiqi altındadır.