İraqın Ərbil şəhərində piyadalar üçün yerüstü keçiddə bomba partladığı, hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyinin Terrorla Mübarizə İdarəsi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, yerli vaxtla saat 18:29-da Ərbil küçələrindən birində piyadalar üçün nəzərdə tutulmuş yerüstü keçiddə bomba partlayıb.

Hadisə nəticəsində maddi ziyandan başqa itki olmadığı bildirilən açıqlamada mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.