Ukrayna hazırda ərazisi ən çox minalanmış ölkə hesab edilir.

İqtisadiyyat.az Sky news-a istinadən xəbər verir ki, Ukrayna bu siyahıda hətta Əfqanıstan və Suriyanı da geridə qoyur.

Ekspertlərin təxmini hesablamalarına görə ölkə ərazisinin 40%-dən çox hissəsinə tank və piyada əleyhinə minalar basdırılıb. Həmçinin partlamamış silah-sursat təhlükəsi də bura daxildir.

Mütəxəssislər minalardan təmizlənmə üçün ən azı 1 il vaxt tələb olunduğunu bildirir. Amma müharibənin davam etdiyini nəzərə alsaq, bu müddət daha uzun görünür.