Ekvadorlu futbolçu Enner Valensiya "Fənərbağça"nın tarixinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, "Alanyaspor"la səfər oyununda dubl edən hücumçu klub tarixində bir mövsümdə ən çox qol vuran əcnəbi oyunçu olub.

Valensiya bu sezon ümumilikdə 35 rəsmi oyunda 29 qol vurub. O, klubun sabiq futbolçusu Aleks de Souzanın rekordunu (28 qol) qırıb.

"Fənərbağça" Super Liqanın XXVI turunda "Alanyaspor"u 3:1 hesabıyla məğlub edib.