İtalyan "Eni" şirkəti ötən il ümumi qaz satışını 2022-ci illə müqayisədə 17% azaldaraq təxminən 50,5 milyard kubmetrə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bu, əsasən İtaliyada qaz satışının həcminin 20% azalması ilə əlaqədar baş verib. Avropa bazarlarında satış həcmi isə ümumilikdə 14% azalıb.

Bu həcmin 9,6 milyard kubmetri LNG satışlarının payına düşür ki, bu da 2022-ci ilə nisbətən 2% çoxdur.

 

Gözəl Həşimova