"Avropa iki il ərzində Rusiya qazını əvəz edə bilər, lakin bu ölkənin qazına tələbat yenə də var".

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın neft-qaz şirkəti "Eni"nin rəhbəri Klaudio Deskalzi deyib.

Onun sözlərinə görə, Avropa ölkələri qaz təchizatında fərqli vəziyyətdədir: "Son 10 ildə qaza tələb azalsa da, tamamilə bitməyib. Biz enerji keçidi zamanı sənayemizin transformasiyasına sərmayə qoymalıyıq".