Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2022-ci büdcə ili üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq kənar auditinin həyata keçirilməsi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 22-si, saat 18:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 (Çinar Plaza) ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 23-ü, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.