İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyulun 17-nə təyin olunub.
Yığıncağın gündəliyinə “Bank Avrasiya”nın 01.01.2024-cü il tarixindən 31.12.2024-cü il tarixi üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqinə dair məsələ daxil edilib.
Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 71 800 000 manatdır. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a, 25% -i isə “Azbizneskom” Şirkətinə məxsusdur. Bankın İdarə Heyətinin sədri və qanuni təmsilçisi Rüfət Kərimovdur.
“Bank Avrasiya” Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata əsasən, ölkədə ən çox şikayət olunan banklardan ikincisidir.