Sosial media platformaları arasında ən çox dezinformasiya yayan "X" olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Komissiyasının vitse-prezidentləri Vera Jourova bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının dezinformasiyaya qarşı hazırladığı qaydaları ehtiva edən tətbiq kodu "Facebook", "Google", "YouTube", "TikTok" və "LinkedIn" daxil olmaqla 44 platforma tərəfindən qəbul edilib. Platformaların onlayn dezinformasiya ilə mübarizə səyləri ilə bağlı 6 ayı əhatə edən məlumatlar isə açıqlanıb.

Bildirilib ki, "X" ən çox yalan və ya dezinformasiya yazıları olan platformadır.

 

Gözəl Həşimova