2022-ci ilin birinci yarımilliyi ərzində əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 908.779 olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə elektron xidmətlərin sferasını genişləndirir. Cari ilin ilk yarımilliyi ərzində bu sahədə uğurlu nəticələr əldə edilib.