Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hazırda İdarəyə rəhbərlik müdir müavini Pərvin Ağasıyevə tapşırılıb.

Qeyd edək ki, P.Ağasıyev ötən ilin aprelindən elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışır.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyməsi ilə bağlı mətbuatda yayılan məlumatlardan sonra - noyabrın 28-də vəzifəsindən azad olunub.