Quba-Xaçmaz Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, sözügedən vəzifəyə Aqil Ağayev təyin olunub.

O, bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.