Ötən gün dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi başa çatıb.

Mərhum sənətçi ilə vida mərasimi Heydər məscidində keçirilib.

Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

***10:55

Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Heydər məscidində baş tutan vida mərasimində aktrisanın ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva yanvarın 22-də səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.