“Əmək müqaviləsi bildirişi” e-sistemində 12 mindən çox əcnəbi ilə müqavilə bildirişi qeydiyyatdadır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “Əmək müqaviləsi bildirişi” e-sistemində qeydiyyatda olan əmək müqaviləsi bildirişlərinin 12 366-sı xarici ölkələrin vətəndaşları ilə bağlanan müqavilələrə aiddir. 

Onlardan 3 890-ı Türkiyə vətəndaşları ilə bağlanan müqavilələrdir.

Həmçinin qeyd edilən müqavilələrdən 2 373-ü Gürcüstan, 1 480-i Rusiya, 795-i İran, 390-ı Ukrayna, 361-i Pakistan, 355-i Hindistan, 306-sı Birləşmiş Krallıq, 249-u Qazaxıstan vətəndaşları ilə bağlanıb. 

Digərləri isə Çin, Özbəkistan, İtaliya, Banqladeş, Filippin, Türkmənistan, Amerika Birləşmiş Ştatları, Zimbabve, Trinidad, Sudan, Kuba, Kosta-rika və s. ölkələrdən gələrək işləyənlərlə bağlanan müqavilələrdir.

Ümumilikdə, e-sistemdə 110 ölkədən gəlmiş əcnəbi ilə əmək müqaviləsi bildirişləri mövcuddur.