Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması məqsədilə Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fonduna “EMBAWOOD” MMC tərəfindən ianə edilib.

“Embawood” şirkəti Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 200 000 və daha sonra “YAŞAT” Fonduna 100 000 manat ianə etmişdir. Hal-hazırda öz mövqeyinə sadiq qalaraq Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianə edərək öz həmrəyliyini bildirdi.

Xatırladaq ki, şanlı qələbə ilə nəticələn Vətən müharibəsində “Embawood” MMC-in 46 nəfər əməkdaşı ordu sıralarına cəlb edilib və Vətən qarşısında olan vətəndaşlıq borclarını şərəflə yerinə yetirmişlər.

Əminik ki, göstərilən hər bir dəstək bizi Azərbaycan Respublikasının Prezidenti və Dövləti ətrafinda birləşdirərək daha da möhkəm edəcək və üç rəngli bayrağımızı qürurla dalğalandıracaqdır.

QARABAĞ – AZƏRBAYCANDIR!