Azərbaycanda yeni tədris ili bağlı eManat şirkəti  Kampinist.az-ın tərəfdaşlığı ilə birlikdə Qubanın Qrız kəndində şagirdlərlə görüşüblər.

“Salam, məktəb!” adı altında təşkil olunan layihədə 28 şagird dərs ləvazimatları ilə təmin olunub.

Tədbirdə eManat şirkətinin əməkdaşları və Qrız kəndinin müəllim, valideyn heyəti iştirak edib. Şən kloun uşaqları əyləndirib, oyunlar oynanılıb, hədiyyələr paylanılıb.

Şagirdlər üçün nəzərdə tutulan hədiyyə qutularında məktəbli çantası və 15 adda dərs ləvazimatı - dəftərlər, 3 növdə albom, qayçı, boya, plastilin, rəngli qələmlər və qabı, boya, təbaşir, su qabı, kitab üçün dəstək, kitab-dəftər üzlüyü və s. yerləşdirilib.