Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna ianələr gəlməkdə davam edir. “eManat” şirkəti də “YAŞAT” Fonduna 100.000 manat məbləğində vəsait köçürüb.
Məlumat üçün bildirək ki, “eManat” şirkəti bundan əvvəl də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna və Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmişdi.