Məlumdur ki, Elon Musk-ın Twitter-i almaqdan imtina etməsinin əsas səbəbi onun bu sosial şəbəkənin ümumi istifadəçi kütləsinin 5%-dən çoxunun fake istifadəçi hesablarından ibarət olduğunu düşünməsindədir. Lakin keçən həftənin sonunda o, Twitter-i 44 milyard dollara almaq üçün yerinə yetirilməsi lazım olan şərtini açıqlayıb. Musk-ın şərtinə əsasən Twitter rəhbərliyi sosial şəbəkənin ümumi istifadəçi kütləsinin fake hesablardan ibarət hissəsinin 5%-dən çox olmadığını sübut etməlidir. Beləliklə Musk qeyd edib ki, əgər Twitter rəhbərliyi sosial şəbəkə daxilindəki fake istifadəçi hesablarının saylarını dəqiq şəkildə göstərəcək üsulu sərgiləsə, o, Twitter-in 44 milyard dollara alınması fikrinə geri qayıda bilər. Yəni başqa sözlə desək, Musk sosial şəbəkənin öncədən razılaşdırılmış şərtlər əsasında alınmasına hazırdır.

Sadəcə olaraq onun tələb etdiyi şərti reallaşdırmaq lazımdır. Bu üsul ilə Musk sosial şəbəkənin müqaviləyə hazırlıq prosesi çərçivəsində ABŞ-ın nizamlayıcı orqanlarına təqdim etmiş olduğu məlumatlara şübhə ilə yanaşdığını qeyd edib. Onun fikrincə ABŞ Dəyərli kağızlar və birjalar üzrə komissiya (SEC) öz təşəbbüsü ilə həmin məlumatları yoxlamalı idi. Musk həmçinin öz Twiitter hesabında bildirib ki, o, sosial şəbəkədəki fake istifadəçi hesabları məsələsində Twitter-in CEO-su Parag Agrawall-ın arqumentlərini dinləməyə hazırdır. Qeyd etmək lazımdır ki, Twitter rəhbərliyinin sözlərinə əsasən sosial şəbəkənin ümumi istifadəçi kütləsinin yanız 5%-i fake hesablardan ibarətdir. Lakin Musk-ın fikrincə bu göstərici 5%-dən daha çoxdur. Twitter ilə Musk arasındakı məhkəmə prosesinə oktyabr ayında start veriləcək və bu prosesin 5 gün ərəzində davam edəcəyi gözlənilir.