Elm və Təhsil Nazirliyi mebel inventarlarının satınalınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “Vest LTD” QSC seçilib.

Nazirliklə şirkət arasında dəyəri 17 981 180,51 manat olan satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, “Vest LTD” QSC 2010-cu ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur. Şirkət indiyədək Elm və Təhsil Nazirliyinin milyonlarla manat dəyərində müxtəlif tenderlərinin qalibi olub. “Vest LTD” QSC təkcə Elm və Təhsil Nazirliyinin deyil, digər dövlət qurumlarının da tenderlərinin qalibi kimi tanınır.