Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqası oyununa təyinat alıb.
İqtisadiyyat.az xəbər verir ki, o, 33-cü turda keçiriləcək PAOK - "Aris" matçını idarə edəcək.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Aprelin 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.