“Bu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin dayandırılması işi həyata keçirilməyib”. 

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib. 

O bildirib ki, bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib: “Müddəti bitən şəxslər təkrar müayinədən keçərək əlillərini təkrar bərpa edə bilərlər. Təkrar əlillik müddəti təyin olunduqdan sonra şəxsin pensiya almadığı altı aylıq sosial ödənişi onlara ödənilir”. 

H.Məmişov qeyd edib ki, saxta əlliyin ləğv edilməsi və dövlət büdcəsinə nə qədər vəsaitini ödənilməsi ilə bağlı rəqəmlər gələn ilin aprel-may aylarında açıqlanacaq.