Mən ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və turizm sahələrində münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana mühüm səfərə gəlmişəm.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

O bildirib ki, Azərbaycan İsrailin strateji tərəfdaşdır və İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsidir.

Qeyd edək ki, Eli Kohen Azərbaycana səfərə gəlib. O, bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.