İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib.

Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.