“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb. Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.