Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Şalva Papuaşvilinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edilib.

Eyni zamanda, ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.