Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.
Bu barədə İqtisadiyyat.az-a Nazirlikdən məlumat verilib.
Bildirilir ki, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.
Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.
ETX gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.