Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

İqtisadiyyat.az bildirir ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.