Çin elektrikli avtomobillərin istehsalı və satışı üzrə dünya lideri olub.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, elektromobil istehsalının stimullaşdırılması proqramlarının həyata keçirilməsi ölkəni bu sahə üzrə dünya lideri edib. Bildirilib ki, ötən il ölkə 5,67 milyon elektrikli avtomobil satıb ki, bu da qlobal satışların yarıdan çoxunu təşkil edir.

Əlavə edək ki, Çin artıq dünyada ən böyük enerji doldurma məntəqələri şəbəkəsinə malikdir. Belə ki, 2022-ci ildə enerji doldurma məntəqələrinin sayı 649 min ədəd artıb. Bu da dünya üzrə quraşdırılan məntəqələrin 70%-dən çoxunu təşkil edir.

 

Gözəl Həşimova